Rusiyanın Bryansk şəhərində 5 saylı gimnaziyanın 8-ci sinif şagirdi olan qız təhsil aldığı məktəbə odlu silahla basqın edib.
Ölkə.Az xəbər verir ki, atışma zamanı 4 məktəbli oğlan yaralayıb və nəticədə onlardan biri ölüb. Sonda məktəbli qız odlu silahdan istifadə etməklə özünü intihar edib.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Məktəbli qız atasına atasına məxsus silahdan istifadə etdiyi bildirilir.
Mürtəza
Ölkə.Az