RU

Məlyekə Abbaszadə Qarabağ Universitetinə qəbul imtahanlarından danışdıVİDEO

''Qarabağ hər zaman elm və təhsil ocağı olub. Qarabağ Universiteti bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq''.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məlyekə Abbaszadə bildirib.

Sədr qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların işğaldan azad edilmiş ərazilərdə sürətlə məskunlaşması üçün vacib önəmli faktordur.

O, universitetə keçiriləcək qəbul imtahanlarından da danışıb.

Məleykə Abbaszadə işğaldan azad olunmuş digər ərazilərdə baş tutacaq buraxılış imtahanlarına da diqqət çəkib.

Sədr buraxılış imtahanlarının tarixi ilə bağlı məsələyə də toxunub.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə görüş keçirilib. Məqsəd buraxılış və qəbul imtahanlarına hazırlaşan şəhid övladlarının təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına yardım göstərməkdədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Избранный
250
9
xezerxeber.az

3Источники