Dekabrın 5-də İtaliya kubokunun 1/8 finalına start verildi. Çərşənbə axşamı Romada keçirilən ilk matçın nəticəsi gözlənildiyi kimi oldu.
"Football-plus.az" xəbər verir ki, reqlamentə əsasən, A seriyasının son mövsümünü ilk 8 yerdə başa vuran “Napoli”, “Latsio”, “İnter”, “Milan”, “Atalanta”, “Roma”, “Yuventus” və “Fiorentina” ölkə kubokunda mübarizəyə 1/8 finaldan başlayırlar. Bu komandalar biroyunluq mübarizədə rəqibləri ilə öz meydanlarında qarşılaşırlar. Mərhələnin ilk oyununun favoriti sayılan “Latsio”nun evdə “Cenoa”ya qalib gəlmək şansı yüksək idi. Hərçənd paytaxt klubu A seriyasının cari mövsümündə bu rəqibinə evdə uduzmuşdu: avqustun 27-də “Olimpiko”da keçirilən matçda Reteginin vurduğu yeganə qol genuyalılara qələbə qazandırmışdı. Deməli, Mauritsio Sarrinin komandası kubok oyununda həm də həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı.
Romalıların meydana qeyri-optimal heyətlə çıxacağı gözlənilirdi. Buna baxmayaraq, hesabı erkən açmağa müvəffəq oldular. 5-ci dəqiqədə qurulan hücumda Luka Pelleqrininin ötürməsini dəyərləndirən Genduzi komandasını önə keçirdi. Sarri matçın gedişində bir sıra aparıcı oyunçuları meydana buraxmaqla “Latsio”nun üstünlüyünü artırmağı düşünsə də, hesab dəyişmədi. Beləliklə, minimalhesablı qələbə romalıları 1/4 finala çıxardı. Paytaxt komandası bu mərhələdə “Roma” – “Kremoneze” cütünün qalibi ilə oynayacaq.
1/8 final
Latsio – Cenoa 1:0
Genduzi, 5.
Latsio: Provedel, Hüsay, Patrik (Maruşiç, 65), Luka Pelleqrini, Qila, Kamada (Başiç, 80), Genduzi, Rovella (Kataldi, 80), Pedro, İsaksen (Felipe Anderson, 27), Kastelyanos (İmmobile, 65).
“Napoli” – “Frozinone” oyunu dekabrın 20-də, “İnter” – “Bolonya” oyunu 21-də, “Milan” – “Kalyari”, “Atalanta” – “Sassuolo”, “Roma” – “Kremoneze” (D-2) və “Yuventus” – “Salernitana” oyunları isə 2024-cü il yanvarın 2-4-ü aralığında keçiriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта