ABŞ seçkiləri ölkənin NATO ilə münasibətlərinə təsir etməyəcək.
Bunu alyansın baş katibi Yens Stoltenberq Donald Trampın ölkə prezidenti seçilməsi ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.
“NATO-nun qorunması ABŞ-nin təhlükəsizlik maraqlarına uyğun olduğundan əminəm ki, Atlantikanın hər iki tərəfindəki digər siyasi liderlər hakimiyyətə gələrsə, NATO güclü ittifaq olaraq qalacaq”, o, mətbuat konfransında deyib.
Stoltenberq qeyd edib ki, əvvəllər NATO üzvləri arasında müxtəlif fikir ayrılıqları olub, lakin onların aradan qaldırılmasına nail olublar.
Mövsüm
Aznews.az