RU

“Prezidentliyə onun alternativi var ki?!”

 

“Boş müzakirələr, məzmunsuz söhbətlər yenə qızışıb. Bütün seçkilərdən qabaq məlum çevrənin adamları orda - burda danışır, bu ritorika ilə süni gündəm yaratmaq istəyirlər: “İlham Əliyev namizədliyini verməyəcək, hakimiyyət ötürüləcək və sair”.

Elə bilirlər ki, camaat bu boş, arqumentsiz dedi-qodulara inanacaq. Neçə illərdən bəri təkrarlanan nağıllardan doymayıblar.

İlham Əliyev də namizəd olmayıb bəs kim olacaq?! İlham Əliyev öz namizədliyini niyə də irəli sürməsin ki?! Onun alternativi var ki?! Şuşaya, Xankəndiyə bayraq taxandan sonra cəmiyyətimizin ona alternativ düşünmədiyini heç ağlınıza gətirirsiniz? Ölkədə möhkəm sabitlik var. Azad ərazilər sürətlə tikilir, qurulur. Xalqın mütləq çoxu onun prezident olaraq qalmağını istəyir. Yaşının ən müdrik dövrü, sağlamlığı, iti məntiqi, çevik idarəçiliyi də öz yerində...Niyə də namizədliyini verməsin?!

Boş - boş ümidlənməyin ki, namizədliyini irəli sürməyəcək. Namizəd olacaq da, qalib gələcək də.

Bunu həm də xalqın istədiyini göstərəcək.

Mənasız münəccimliklərdən uzaq olun!...”

Aydın Quliyev

Mənbə: qafqazinfo.az

Aqreqator
Избранный
166
qafqazinfo.az

1Источники