BMT Qəzza ilə bağlı təcili iclas keçirir.
Sfera.az bildirir ki, bu barədə qurumun baş katibi Antonio Quterreş qərar verib. Təhlükəsizlik Şurasına sədrlik edən Ekvador iclasın ABŞ-nin Nyu-York şəhərindəki qərargahda başlayacağını açıqlayıb.
Bununla yanaşı, BMT agentlikləri və onların tərəfdaşları da daxil olmaqla 27 yardım təşkilatı birgə bəyanat yayıb. Qəzza zolağındakı vəziyyətin pis olduğu vurğulanıb. Bildirilib ki, hazırda humanitar səylər demək olar ki, qeyri-mümkündür. Bəyanatda hərbi əməliyyatların dərhal dayandırılması tələb edilib.
Qeyd edək ki, Quterreş dünən Qəzza zolağında humanitar fəlakəti dayandırmaq üçün BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edib. O, BMT Təhlükəsizlik Şurasına yazdığı məktubda beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan İsrail-Fələstin böhranı ilə bağlı tədbirlər görməyə çağırıb.
Günay