Göyçay sakini olan yeniyetmə Goranboyda dünyasını dəyişib.
Bədbəxt hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
15 yaşlı Sadiq Qurbanov bir neçə idarənin yerləşdiyi inzibati binanın damından yıxılıb.
İlkin məlumatlara görə, yeniyetmə binanın damına çıxaraq oradan quş peyini toplayırmış.
“Oturacaqların üstünə yıxılıb”, - kənd sakini Ramil Verdiyev deyib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: