RU

BMT Qəzzada təcili humanitar atəşkəslə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası Qəzza zolağında təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsini qəbul edib. Sənədin lehinə 153, əleyhinə 10 ölkə səsverib, 23 ölkə bitərəf qalıb. Məlumatı “Anadolu” verib. 
Qətnamə layihəsi Misir tərəfindən irəli sürülüb və Türkiyə də daxil olmaqla 100-ə yaxın ölkə tərəfindən təqdim edilib. Avstriya, Çexiya, Qvatemala, İsrail, Liberiya, Mikroneziya, Nauru, Papua-Yeni Qvineya, Paraqvay və ABŞ sənədin əleyhinə səs verib.
Qətnamədə BMT Nizamnaməsinə və BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən Fələstinlə bağlı qəbul edilmiş bütün qətnamələrə istinad var. Sənədin müəllifləri bütün tərəfləri beynəlxalq hüquq çərçivəsində, ilk növbədə, mülki şəxslərin müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıblar.
Qətnamədə həmçinin bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi və humanitar yardıma çıxış tələb olunur.
P.ƏMİRCANOV
XQ

Избранный
675
27
xalqqazeti.az

10Источники