Aparıcı və aktrisa Kəmalə Piriyeva yeni fotosessiya etdirib.
Medianews.az xəbər verir ki, kamera qarşısına keçən aparıcı cəsarətli fotolar lentə aldırıb. Kəmalə fotosessiyası üçün qısa və sinə dekolteli qara libasa üstünlük verib.
Qara fonda lentə alınan şəkillərdə Piriyevanın incə və qüsursuz bədən quruluşu da diqqətlərdən yayınmayıb.
Aparıcının stili üzərində Elnur Həsənov çalışıb.
Kəmalə yeni şəkillərini 1.3 milyon izləyicisi olan instaqram hesabında paylaşıb. Aparıcının fotosessiyası səs-küyə səbəb olub.
Onun cazibədar görünüşünə çoxsaylı şərhlər yazılıb. Bir çox məşhur onu bu fotolarını bəyənsə də, bəzi izləyicilər belə tərzin aparıcıya yaraşmadığını bildiriblər.