RU

"Tibbi bilikləri olmadıqları halda "mən uşağıma vaksin vurdurmaram" deyirlər" - İnfeksionistdən qızılca ilə bağlı ÇAĞIRIŞ

Məlum olduğu kimi, Azərbaycanda uşaqlar və hətta böyüklər arasında qızılcaya yoluxma halları artır. Bəzi valideynlər isə uşaqları vaksinasiya olunmaqdan yayındırır. Belə ki, onlar notariusa gedərək uşaqlarını qızılca əleyhinə peyvənddən yazılı imtina sənədi alırlar. 

Bəs, peyvənddə qarşı antitəbliğatın səbəbi nədir? Valideynlər niyə vaksindən yayınırlar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-infeksionist Ləman Qalimova bildirdi ki, bəzi valideynlər vaksinasiya etməkdən çox qorxurlar.

Onun sözlərinə görə, valideynlər heç bilmirlər ki, xəstəliyi tutsa, bu xəstəliyin sonu nə ola bilər.

"Sadəcə "vaksin uşağa zərər verər" düşüncəsi ilə vaksindən imtina edirlər. Bunu da öz ətraflarında deməyə başlayırlar ki, məsələn, “mən uşağıma qətiyyən vaksin vurdurmaram”, “ona fəsadlar verə bilər”. Bilmədikləri, tibbi bilikləri olmadıqları halda bunu irəli sürürlər. İnsanlar arasında yayılmağa və hər kəs də onlara inanmağa başlayır. Ona görə də vaksinasiyaların sayı azalır və azaldıqca belə yoluxmaların sayı da artmağa başlayır.

1-2 il bundan qabağa qədər demək olar ki, çox nadir hallarda qızılcaya yoluxma olurdu. Çünki vaksin olunanların sayı yetərincə idi. Bizdə vaksinasiya təqvimi 1-6 yaşındadır və uşaqlar bu vaksindən də istifadə edərək vaksinasiya olurdular. İndi isə onların sayı azaldığı üçün də belə bir hal baş verir. Yəni yoluxmaların sayı hədsiz dərəcədə çoxalmağa başlayıb, vaksinasiya olunmadıqca yoluxmaların sayı artmağa başlayacaq. Onun üçün sadəcə vaksinasiya olmaq lazımdır. Həm uşaqlar, həm də böyüklər yoluxa blər. Əgər keçirməyiblərsə həm uşaqlar, həm də böyüklər vaksinasiya olmalıdır", - deyə Ləman Qalimova bildirdi.

Həmidə İBRAHİMLİ

Избранный
260
45
redaktor.az

10Источники