RU

  “Sivil Toplum” Monitorinq Koalisiyası təsis edildi  

07 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkiləri keçililəcək. Bu tarixi siyasi hadisənin ölkənin həyatında rolunu, beynəlxaql nüfuzuna təsirini nəzərə alaraq, keçiriləcək seçkilərin şəffaf, ədalətli və demokratik keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədi ilə və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin iştirakının vacibliyini nəzərə alaraq bir neçə tanınmış, bu sahə üzrə ixtisaslaşmış və təcrübəyə malik ictimai təşkilatlar -“Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyi (sədr- A. M. Kərimov ), “Demokratik Seçki Mərkəzi” İctimai Birliyi (sədr- Q. Ə. İbrahimli) və «Cəмiyyətin İnкişаfı Mərkəzi» Ictimаi Birliyi (sədr- Ə. N. Abbasbəyli) seçkilərin monitorinqini həyata keçirmək, seçki dairələri üzrə və seçki məntəqələrində müşahidə aparmaq üçün 21.12.2023-cü il tarixdə yeni müstəqil və tərəfsiz Koalisiya- “Sivil Toplum” Monitorinq Koalisiyası təsis edib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq Kolasiyanın qeydiyyata alınması üçün müvafiq sənədlər artıq MSK-ya təqdim edilib.
 “Sivil Toplum” Monitorinq Koalisiyası rəsmi qeydiyyata alındıqdan sonra, digər QHT-lərlə sıx əməkdaşlıq edərək, geniş müşahidəçilər komandası ilə fəaliyyətə başlayacaq.
 
 

Избранный
565
1
qht.az

2Источники