RU

"Təmiz dünya" insan alverinə dair yeni tədqiqat təqdim etdi

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi insan alveri probleminin müxtəlfi aspektlərinin öyrənilməsinə dair növbəti - üçüncü tədqiqatını yekunlaşdırıb.
İnsan alverinə şərait yaradan halların müəyyən edilməsi və onların aradan qaldırılmasına dair tədqiqatın ümumi həcmi 150 səhifədən ibarətdir.
Müəllifi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Mehriban Zeynalova, redaktoru Camal Cavadbəyli olan tədqiqat kəmiyyət və keyfiyyət meyarları ilə hazırlanıb. Tədiqiqat çərçivəsində 221 nəfər arasında onlayn sorğu, 27 yekunlaşmış məhkəmə hökmünün araşdırılması həyata keçirilib. Fokus qrupları ilə görüşlərdə 16 nəfər insan alveri cinayətini törətmiş məhkum, 8 nəfər təhlükəsiz sığınacaqda məskunlaşmış insan alveri qurbanı, altı nəfər ekspert iştirak edib. O cümlədən, indiki müəyyendici indikatorlar, insan alveri ilə mübarizədə istinad edilən qanunvericilik sənədləri araşdırılıb, müqayisəli təhlillər aparılıb, beynəlxaq və milli statistik göstəricilərdən istifadə edilib.
Birlikdən Publika.az-a verilən məlumata görə, tədiqiqatın aparılmasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin xüsusi dəstəyi olub.
Tədqiqat zamanı müəyyən edilən bir sıra boşluqlarla bağlı təklif və tövsiyyələr hazırlanıb:
1.Azərbaycan Respublikası Cinayət Məcəlləsində olan ziddiyyətlərin aradan qaldırılması:
a)Azərbaycan Respublikası tərəfindən bu sahədə ratifikasiya edilmiş beynəlxalq sənədlərdə əməyin istismarı (məcburi əmək) insan alverinin törədilm forması kimi müəyyən edilir. Bu hal “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda da təsbit olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsində insan alveri əməlinə görə cinayət məsuliyyəti müəyyən edilib. Bu maddə insan alverinin törədilmə formalarının hamısını əhatə edir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2-ci maddəsi məcburi əməyə görə məsuliyyət müəyyən edir.
a) Azərbaycan Respublikası tərəfindən bu sahədə ratifikasiya edilmiş beynəlxalq sənədlərdə əməyin istismarı (məcburi əmək) insan alverinin törədilm forması kimi müəyyən edilir. Bu hal “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunununda da təsbit olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsində insan alveri əməlinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Bu maddə insan alverinin törədilmə formalarının hamısını əhatə edir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2-ci maddəsində məcburi əməyə görə məsuliyyət müəyyən edir. Məcburi əməyin ayrıca maddə kimi Cinayt Məcəlləsində nəzərdə tutulması başa düşülən deyil. Əgər 144-1-ci maddə insan alverinin bütün formalarını əhatə edirsə bu zaman əlavə maddəyə nə ehtiyac var. Əksini fərz edək. Əgər məcburi əməyə görə ayrıca maddədə cinayət məsuliyyəti müəyyən edilmişdirsə, nə üçün bu cinayətin digər formaları üçün ayrıca maddələrdə cinayət məsuliyyəti müəyyən edilmir (istismar məqsədi ilə qanunsuz orqan transplantasiyası, qadının istismar məqsədi ilə surroqat ana kimi istifadə edilməsi, cinayətkar və digər qanunsuz fəaliyyətə cəlb etmə və s.)
b) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci maddəsində qanunsuz orqan transplantasiyasına görə məsuliyyət müəyyən edilmişdir. Sözsüz ki bu halda qanunsuz orqan transplantasiyasının istismar məqsədi olmadan həyata keçirilməsi nəzərdə tutulur. Məcəllənin bu maddəsində ağırlaşdırıcı hal olaraq 137.2-ci maddəsi zor tətbiq edilməsi v zor tətbiq edilməsi hədəsi ilə törədilməsi üsul kimi müəyyən edilir. Məlumdur ki, zor tətbiq etmə və zor tətbiq etmə hədəsi insan alverinin törədilməsi üsuludur. Eyni zamanda, şəxsin iradəsi əleyhinə orqan və toxumalarının transplantasiya edilməsi onun istismar edilməsinin əlamətidir. Qanunvericiliyin 137-ci maddədə bu müddəanı nəzərdə tutması gələcəkdə zor tətbiqi və ya zor tətbiqi hədəsi ilə qanunsuz orqan transplantasiyası zamanı hansı maddənin tətbiq edilməsi məsələsində zidiyyət yaradacaq.
c) Şəxsin insan alveri qurbanı olduğunu bildiyi halda, onun xidmətlərindən istifadə etmə ilə bağlı cəzanın nəzərdə tutulması;
2. Naizrlər Kabinetinin № 131 saylı qərarı ilə təsdiq edilmiş Insan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları) 3 sentyabr 2009-ci ildə təsdiq edilmişdir. Təsdiq edilmiş Qaydalar (2009-2013) illər üzrə ikinci Milli Fəaliyyətinin icra dövrünü əhatə edir. Hazırda ölkə dördüncü Milli Fəaliyyət Planın icrasının son mərhələsindədir. Digər bir aspekt isə 14 il ərzində insan alveri problemi sahəsində yeni tendensiyalar yaranıb. İnsan alverçiləri tərəfindən yeni metodlar hazırlanır və icra edilir. İnsan aıveri problemi təkcə xarici deyil, eyni zamanda daxili tendensiyalar və yeni kiber cəlbetmə kimi özünün yeni çalarları ilə diqqəti cəlb edir. Qeyd edilənləri nəzərə alaraq Insan alveri qurbanlarının müəyyən edilməsi Qaydalarının (indikatorları) yenilənməsi və təkmilləşməsinin nəzərə alınsın;
3. Nazirlər Kabinetinin 81 saylı “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram” ın təsdiq edilməsi barədə Qərarı 20 мay 2011- ci ildə təsdiqlənib. Qəbul edilmiş qərarın üzərindən 11 il keçib. Həmin dövrün sosial tələblərı ilə indiki sosial tələblər arasında kəskin fərqlər müşahidə edilri. Qeyd etmək lazımdır ki, qərarın təsdiqi dövründə sosial xidmət paketləri də kifayət qədər məhdud çərçivədə idi. Təsadüfü deyil ki, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi adı çəkilən proqramda qeyd edilib. Nəzərə alaraq ki, tədqiqatın nəticələrinə görə də, həssas qrupalrın sosial problemlərinin insan alveri probleminə əsas təsirdedici amil olması açkarlandığından, mövcud “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın təkmilləşməsi və xidmət paketlərinin genişlənməsi təsdiqi;
4. Qlobal Gender Bərabərsizliyi İndeksi dörd göstərici əsasında dəyərləndirilir: iqtisadi iştiraklılıq və fürsət; təhsil səviyyəsi; sağlamlıq; siyasi səlahiyyət. İndeks 156 ölkəni əhatə edir. Azərbaycan sıralamada 100-cü yerdədir. Azərbaycan bu indeks üzrə irələliləməsi üçün qadınlar üçün xüsusi proqramların artırılmasına xüsusi ehtiyac üzə çıxır. İnsan alveri qurbanları, o cümlədən, insan alveri cinayətini törətmiş şəxslər arasında gender fərqlərində qadınların daha çox faizlə müəyyən edilməsini nəzərə alaraq, ölkədə qadınların iqtisadi gücünün artırılmasına dair xüsusi proqramların hazırlanması və həssas qrupdan olan qadınların cəlb edilməsi, iştirakının təmin edilməsi;
5. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi:
Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması, insan alveri və potensial insan alveri (yaxud məişət zorakılığın qurbanı olmuş şəxslər və s.) ifadəsi əlavə edilsin;
6. “Məşğulluq haqqında ” Azərbaycan Respublikasının Qanununda:
Maddə 11. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğu üçün əlavə təminatlar
11.1. Dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə əlavə iş yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə hazırlığı kursları təşkil etmək, habelə kvota müəyyən etmək yolu ilə əlavə təminatlar verir.
O cümlədən, özünəməşğulluq proqramlarının tələblərində, şəxslərin qeydiyyatının əsas götürülməsi meyarı, insan alveri və potensial insan alveri qurbanlarına şamil edilməsinin aradan qaldırılması.
1.3. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına aşağıdakılar aid edilirlər:
-20 yaşadək gənclər;
- yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;
- sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər;
- pensiya yaşına 2 ildən az qalmış şəxslər;
- əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər;
- cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar;
- məcburi köçkünlər;
- müharibə veteranları;
- şəhid ailələri.
- İnsan alveri (əlavə edılməsi)
7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində:
Maddə 52. Sınaq müddəti müəyyən edilməyən hallaraInsan alveri və potensial insan alveri qurbanları kateqoriyası əlavə edilsin.

Избранный
664
6
qht.az

7Источники