RU

"The New York Times" "OpenAI" və "Microsoft"u məhkəməyə verdi

"The New York Times" "OpenAI" və "Microsoft"a qarşı məhkəmə iddiası qaldıraraq, onların işlərinin icazəsiz istifadə edildiyini və müəllif hüquqlarının süni intellekt texnologiyalarının öyrədilməsi məqsədilə pozulduğunu iddia edib.

525.az xəbər verir ki, Nyu-York Cənub Məhkəməsində açılan iddiada "The New York Times" qəzetində dərc olunan milyonlarla məqalənin indi etibarlı məlumat mənbələri olan xəbər təşkilatları ilə rəqabət aparan "chatbot"ların hazırlanması üçün istifadə olunduğu irəli sürülüb.

Beləliklə, "The New York Times" "ChatGPT" və digər məşhur süni intellekt platformalarının tərtibatçısı olan şirkətləri öz yazılı əsərləri və müəllif hüquqları ilə bağlı məhkəməyə verən ilk böyük media təşkilatı olub.

Qəzetin şikayətində: "The Times və digər xəbər təşkilatları müstəqil jurnalistikanı qoruya bilməsə, heç bir kompüter və ya süni intellektin doldura bilməyəcəyi boşluq yaranacaq", - deyə bildirilib.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Избранный
582
4
525.az

10Источники