Tarix: 1 Yanvar 2024 14:51
Bəzi xəstəliklər vardır ki, müalicə olunmadıqda və dərinləşdikdə xərçəng epitellərinə çevrilir.
Milli.Az xəbər verir ki, həkimlər xərçəngi yarandıqdan sonra yox, risk faktoru olanda yaxalamaq lazım gəldiyini bildirir.
Bunun üçün hansı risk qrupuna daxil olduğunu, orqanizmində nələr olduğunu bilməlisiz.
Hepatitlər, VPÇ papilomaları, mədə, bağırsaqda qastrit, xora, bağırsaqda iltihabi proseslər, poliplər, ağciyərlərdə xroniki obstruktiv xəstəliklər gələcəkdə onkoloji müstəviyə keçə bilər.
Hepatit və papilomaya görə peyvənd olunmaq mümkündür. Bu qaraciyər və qadınlarda uşaqlıq boynu xərçəngini minimuma endirir.
Belə bir imkanı tibb yaradırsa, niyə istifadə etməyək?
Mədədə kiçik qastrit yara var deyə keçməyin. Onu vaxtında müalicə edin. Qastriti olan insan acı, istiot, aqressiv qida yeməməlidir.
Ağciyərləri qorumaq üçünsə siqaretdən imtina və idman lazımdır.
Onkoloji xəstəliklər içərisində ən aqressivi də ağciyər xərçəngidir.
Nəinki siqaret çəkmək, onu kənardan udmaq, eləcə də manqal, ocaq tüstüsü də bu xəstəliyə səbəb ola bilir. /medicina.az
Milli.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта