RU

“Biz əlilliyi olan yeniyetmələrin liderlik keyfiyyətlərinin inkişafı üçün layihələr həyata keçirir” – QHT sədri

Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti ilə bağlı müasir reallıqlara əsaslanan strateji istiqamətlər və məqsədlər “Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyinin əsas missiyasına nail olmağa çalışır. Öz növbəsində, onlar müəyyən təşkilati prinsiplər üzərində qurulur. Əlilliyi olan insanlara sosial yanaşmanı, yəni hər bir insana həyatda öz yolunu seçmək üçün bərabər imkanların verilməsini müdafiə edir. Bərabər imkanlar hər bir insana həyatın bütün sahələrinə: təhsilə, məşğulluğa, incəsənətə, idmana, cəmiyyətdə müstəqil fəal həyata çıxışı təmin edən şərtlərdir.
“Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyinin sədri, əlillik məsələləri üzrə ekspert Aydın Xəlilov QHT.az- a açıqlamasında bildirib ki, biz cəmiyyətin əlilliyi olan şəxslərə münasibətini dəyişir, xüsusiyyətlərindən asılı olmayaraq hər bir insanın şəxsiyyət kimi dəyərli olduğunu göstəririk: “Əlilliyi olan şəxs böyük potensiala malikdir və öz nümunəsi ilə cəmiyyətin münasibətinə təsir göstərə bilir. Biz inanırıq ki, tərəfdaşlıqda təklikdən daha çox şeyə nail olmaq olar. Ona görə də biz ictimai təşkilatları birləşdiririk ki, Azərbaycanda əlilliyi olan insanların problemləri ilə məşğul olan ictimai təşkilatlarla əməkdaşlıq və tərəfdaşlıq əlaqələri inkişaf etsin”.
QHT sədri həmçinin bildirib ki, biz Azərbaycanda innovativ proqramlar və layihələr həyata keçiririk, yalnız innovativ həllər vasitəsilə müxtəlif problemlərin həllinə yeni yanaşmalar tapa bilərik: “Tərəfdaşlarımızla birlikdə biz yeni proqramları sınaqdan keçirir və ən yaxşı təcrübələri daha da geniş şəkildə yayırıq. Biz təcrübəmizi digər təşkilatlarla bölüşürük ki, onlar bizim layihələrimizin nəticələrindən istifadə etsinlər və öz regionlarında oxşar proqramlar hazırlasınlar. Təşkilat əlilliyi olan böyüklərin işə düzəlməsinə, əlilliyi olan uşaq və yeniyetmələrin isə təhsil almağa yer tapmasına kömək edir, inklüziv təhsili dəstəkləyir və inkişaf etdirir, maarifləndirici treninqlər, seminarlar, festivallar keçirir, əlilliyi olan yeniyetmələrin liderlik keyfiyyətlərinin inkişafı üçün layihələr həyata keçirir”.
 
Pərvanə Fərhdaqızı

Избранный
528
1
qht.az

2Источники