RU

“Fənərbağça” “Neftçi”nin sabiq hücumçusuna təklif göndərib

"Partizan"ın direktoru Miloş Vazura futbolçusu Mateus Saldanyaya "Fənərbağça"dan təklif gəlməsi barədə danışıb.

Bizim.Media telegraf.rs-ə istinadən xəbər verir ki, o, İstanbul təmsilçisinin 24 yaşlı hücumçuya görə rəsmi təklif ünvanladığını təsdiqləyib, lakin forvardın komandadan ayrılmayacağını dilə gətirib: 

"Mateus Saldanya da daxil olmaqla, "Partizan"dakı oyunçular satılmır. Türkiyə klubunun və digər klubların təklifləri ilə maraqlanmırıq. Biz mövsümün qalan hissəsi üçün işləri davam etdiririk".
Qeyd edək ki, Saldanya 2023-cü ilin yanvar ayından iyul ayınadək "Neftçi"də oynayıb. Daha sonra Bakı klubu intizamsız davranışlarına görə futbolçu ilə vidalaşıb. Mateus isə karyerasına Serbiya "Partizan"ında davam edib.

Bizim.Media
 

Избранный
292
31
bizim.media

10Источники