RU

Azərbaycanda ana yeniyetmə qızını 500 manata sataraq təcavüzə göz yumub

Azərbaycanda qandonduran cinayət hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Redaktor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə, 14 yaşına çatmamış qızını 500 manata satan anaya və qadının bu təklifinə “hə” deyərək yeniyetməyə təcavüz edən şəxslərə hökm oxunub.

Hadisə 2020-ci ilin noyabrında baş verib.

Belə ki, bir neçə il əvvəl atası ölən yeniyetmənin anası İradə Məmmədova (ad-soyad şərtidir) özünün də intim münasibətdə olduğu tanışına 2007-ci il təvəllüdlü qızına seksual xarakterli zorakılıq hərəkətləri etməsini təklif edib. Qarşı tərəf 500 manat müqabilində bununla razılaşıb. Yeniyetmənin anası isə qızının evdən qaçmaması üçün evin giriş qapısını açarla kilidləyib və açarı özüylə götürüb.

Yeniyetmə 1994-cü il təvəllüdlü Namiq Sərdarova (ad-soyad şərtidir) qarşı çıxıb, amma anasının tanışı cibindən bıçaq çıxardaraq onu ölümlə hədələyib və çirkin əməlinə zorla nail olub.

Qadın bu təklifi, eyni zamanda özünün də intim münasibəti olduğu Novruz Əkbərov (ad-soyad şərtidir) adlı tanışına da edib və qızını satmaqla bağlı təklifinə müsbət cavab alıb. Nəticədə yeniyetmə qız bu dəfə anasının müşaiyəti ilə zorlanıb.

Yeniyetməyə qarşı təcavüz həm Namiq, həm də Novruz tərəfindən dəfələrlə təkrarlanıb. Hadisənin üstü isə qızın əmisi tərəfindən həkimə aparılmasından sonra açılıb.

Hökmə əsasən, qızını satan qadın 12 il, Namiq Sərdarov 12 il, Novruz Əkbərov isə 13 il azadlıqdan məhrum edilib. Hər üç şəxs əməllərinin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Избранный
303
50
redaktor.az

10Источники