RU

Ötən gün 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 30,4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 22 kiloqramdan çox marixuana, 4,1 kiloqramdan artıq heroin, 2,2 kiloqramdan artıq tiryək, 1 kiloqram həşiş, 960 qram metamfetamin və 391 ədəd metadon və tramadol həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
AzVision.az

Избранный
492
20
azvision.az

10Источники