Tarix: 27 Yanvar 2024 08:32
ABŞ Prezident Administrasiyası yüksək vəzifəli məmurlar üçün yeni siyasət tətbiq etməyə başlayıb. Buna səbəb müdafiə naziri Lloyd Ostinin planlaşdırılmamış qəfil xəstəxanaya yerləşdirilməsi olub ki, bu da hökumət strukturlarının işinə maneçilik yaradıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nazirlər Kabinetinin katiblərinin riayət etməli olduqları yeni prosedurlar Ağ Evin Aparat rəhbəri Jeff Zayents tərəfindən qeyd edilib.
Beləliklə, indi kabinet üzvlərindən xəstəxanaya yerləşdirməyə və ya ümumi anesteziya tələb edən tibbi prosedura hazırlaşarkən, yaxud kommunikasiyaya çıxışı məhdud olan və ya olmayan ərazilərə səyahət edərkən Nazirlər Kabinetinin İşlər İdarəsinə və Ağ Evin Baş Qərargah rəisinə məlumat vermələri tələb olunur.
"Bu proses vasitəsilə biz bütün agentliklərin səlahiyyətlərin verilməsi zamanı riayət etməli olduqları bir sıra standart protokollara malik olmasını təmin edirik", - deyə Zayents qeyd edib.
Milli.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта