Ukrayna Silahlı Qüvvələrinin dron vasitəsi ilə Belqorod vilayətinin Tişanka kəndinə hücumu nəticəsində qaz təchizatı xəttinə ziyan dəyib.
Avtosfer.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Onun sözlərinə görə, hadisə vilayətin Volokonovsk rayonunun Tişanka kəndində baş verib: “Hücum zamanı xəsarət alan olmayıb, qaz təchizatı xətti və bir minik maşını zədələnib”.
Qubernator bildirib ki, yaxın vaxtlarda hadisənin nəticələri aradan qaldırılacaq.
Report