Albert Aqarunovun Şuşada vurduğu tank 31 ildən sonra Bakıya gətirilib.
Bizim.Media xəbər verir ki, artıq tank Hərbi Qənimətlər Parkındadır.
Bununla bağlı görüntülər isə “telegram” kanallarında yayılıb.
Qeyd edək ki, sözügedən tank Şusaya girməyə cəhd edən ilk erməni tankı olub. Erməni komandir Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.
Birinci Qarabağ müharibəsindən sonra isə bərpa edilərək, Şusaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта