Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi 5 000 000 (beş milyon) kilovat-saat və ondan yuxarı müəyyən edilib.
Qərar 2025-ci il 1 iyul tarixindən qüvvəyə minəcək.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта