RU

Üzümçülük sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 32039:2023 “Qida xammalından alınan etil spirti və araq; Qaz xromatoqrafiyası üsulu ilə həqiqiliyin təyini”, AZS ГОСТ 33287:2023 “Şərab və şərab materialları. Yüksək effektivli maye xromotoqrafiyası ilə oxratoksin A-nın tərkibinin təyini”, AZS ГОСТ 32061:2023 “Şərabçılıq məhsulları. Qablaşdırması, markalanması, daşınması və saxlanması” və AZS 942:2023 (ГОСТ 31728-2014) “Konyak distillatları.Texniki şərtlər” yeni dövlət standartları qəbul edilib."APA-Economics"in AZSTAND-A istinadən xəbərinə görə, yeni dövlət standartları üzümçülük sahəsində qida xammalından alınan etil spirti və araq məhsullarına, həmçinin şərabçılıq məhsullarının qablaşdırması, markalanması, daşınması və saxlanmasına dair tələbləri müəyyənləşdirir.Yeni dövlət standartları “Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzr Texniki Komitə (AZSTAND/TK 22) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Избранный
538
sherg.az

1Источники