Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə prezident seçkiləri ərəfəsində təbliğat-təşviqat proseslərinə cəlb edilmiş könüllülər yanvarın 15-dən fevralın 6-dək 200-dən çox multimedia məhsulu hazırlayıb.
Day.Az xəbər verir ki, gənclərin hazırladığı videoreportajlar Trend BİA-nın youtube, instagram, telegram və facebook səhifələrində yayımlanıb.
Prosesdə daha fəal iştirak etmiş bir qrup gənc könüllüyə Trend BİA adından təşəkkürnamələr təqdim edilib.