Azərbaycanın iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Redaktor.az xəbər verir ki, Rəşad Məmmədov (55 kq) yarımfinalda gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiaya (5:1) qalib gəlib.
Murad Məmmədov (63 kq) finala gedən yolda Ənvər Allahyarovu (AİN) (3:3) xalların keyfiyyətinə görə üstələyib.
İslam Abbasov (87 kq) Aleksandr Komarova (Serbiya) uduzduğu (1:3) üçün bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Yarımfinalda Türkiyə təmsilçisi Rza Kayaalpa yenilən Beka Kandelaki (130 kq) də medal şansını davam etdirir.
1/4 finalda məğlub olan Sənan Süleymanov (77 kq) rəqibi finala çıxa bilmədiyi üçün yarışı medalsız başa vurub.
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları fevralın 13-də olacaq. Yarış fevralın 18-də başa çatacaq.