RU

"Səbail"in seriyası Qəbələdə qırıldı

“Səbail” Premyer Liqanın XXII turunda “Kəpəz”i məğlub edib – 4:1. “Dənizçilər” bununla da çempionatdakı 4 oyunluq qələbəsizlik məğlubiyyətinə son qoyub. Bu, həm də komandanın 2024-cü ildəki birinci rəsmi qələbəsi olub.

Gəncə stadionunun yenidən qurulması ilə əlaqədar ev oyunlarını Qəbələdə keçirən “Kəpəz” oyuna daha sürətli başlayan tərəf idi. Erkən qol axtarışında olan “sarı-göylər” istəyinə 29-cu dəqiqədə çatdı. “Səbail” müdafiəsindəki boşluqdan yararlanan Junior Martins komandasını önə keçirdi. “Kəpəz” rəqib özünə gəlməmiş daha bir qol vurmağa çalışsa da, alınmadı. Əksinə, “Səbail” hücum zamanı penalti qazandı və Aleksandr Ramalinqom dəqiq zərbə ilə hesaba tarazlıq gətirdi.

Fasilədən sonra daha üstün tərəf “Səbail” oldu. Əsas mübarizəsi orta xəttdə gedən oyunda “dənizçilər” rəqibini əks-hücumlarda yaxaladı. Daha çox qol epizoduna girən Diniyevin komandası yekunda 4 qollu qələbəyə sevindi. Bakılılar 4 oyun sonra inamlı qələbə qazanaraq, uğursuz seriyasına son qoydu.

Mövsümün ikinci yarısına uğurlu start verən və iki qələbə qazanan gəncəlilər “Səbail”lə vacib görüşdə xalsız qaldı. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv öncəki matçlara nisbətən daha zəif təsir bağışladı. Görünür, “dənizçilər”in rəhbərlik etdiyi Diniyev rəqibini yaxşı təhlil edib və onların effektliyinin qarşısını almağa bacardılar.

“Kəpəz” elitada qalmaq uğrunda yarışda zərbə aldı. Autsayder “Qəbələ” 9-cu sıradakı gəncəlilərin turu xalsız başa vurması ilə “Turan Tovuz”la matça daha motivasiyalı çıxacaq. Qazanılacaq qələbə “qırmızı-qaralar”ı “Kəpəz”ə yaxınlaşdıra bilər. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv hazırda sonuncu “Qəbələ”ni 5 xal üstələyir. Mövsümün bitməsinə hələ çox vaxt olsa da, bu turlarda itiriləcək/qazanılacaq xallar ilin sonunda xüsusi əhəmiyyət daşıyacaq.

Şahin Cəfərov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
223
50
futbolpress.az

10Источники