Ukrayna Rusiyanın məşhur desant gəmisini vurdu – Video
Ukrayna Silahlı Qüvvələri fevralın 14-ü səhər saatlarında Qara dənizdə Rusiyanın “Sezar Kunikov” hərbi desant gəmisini vurub. Yeniavaz.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb. “Ukrayna Silahlı Qüvvələri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri ilə birlikdə işğalçıların “Sezar Kunikov” adlı iri desant gəmisini məhv edib”, - məlumatda bidirilib. Qeyd olunub ki, gəmi vurularkən Ukraynanın Alupka şəhəri yaxınlığındakı ərazi sularında olub. Rusiya Müdafiə Nazirliyi isə pilotsuz təyyarənin hücumunun dəf edildiyini bildirib. Nazirliyin məlumatına görə, ümumilikdə doqquz Ukrayna pilotsuz təyyarənin ələ keçirilərək məhv edildiyi iddia edilir. Digər tərəfdən, sosial şəbəkələrdə də Rusiyanın böyük desant gəmisinin Qara dənizdə hücuma məruz qalması barədə məlumat yayılıb. Belə ki, Krımda partlayışlar Alupka şəhəri yaxınlığında altı saatdan sonra başlayıb. Yerli sakinlər iddia edirlər ki, gəmidə həyəcan siqnalı verilib, bundan sonra partlayışlar başlayıb. Partlayışdan sonra ərazidən qatı tüstü yayılıb. İnternetdə dənizdə tüstülənmə ilə bağlı müvafiq görüntülər yayılıb. Yerli “Telegram” kanalları isə Krıma hücumdan sonra Rusiya hərbi desant gəmisinin dənizin dibinə getdiyini yazıb.