RU

Mövlud Süleymanlının beyninə qan sızıb, xəstəxanaya yerləşdirilib

Xalq yazıçısı Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) xəstəxanaya yerləşdirilib. Bu barədə İqtisadiyyat.az-a onun oğlu məlumat verib.Bildirilib ki, bir neçə gün əvvəl M.Süleymanlının beyninə qan sızması nəticəsində vəziyyəti ağırlaşıb.O, dərhal paytaxtdakı xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib. "Atam hazırda ayılsa da, heç kimi tanımır. Bir dəfə əməliyyat olunub. Şükür ki, irəliləyişlər var", - Xalq yazıçısının oğlu deyib.Qeyd edək ki, nasir, dramaturq və ssenarist olan M.Süleymаnlı 1943-cü il mаrt аyının 18-də anadan olub.O, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. M.Süleymanlı 2003-cü ildə Əməkdаr incəsənət хаdimi, 2006-cı ildə isə Аzərbаycаnın Xаlq yаzıçısı adına layiq görülüb. 2023-cü ildə isə “Şərəf” ordeni ilə təltif edilib.

Избранный
484
afn.az

1Источники