RU

Qırğızıstanlı meditasiya mütəxəssisi Bakıda Millionaire Concept tərəfindən təltif olundu - KİV

Meditasiya mənəvi rahatlığa qovuşmağın qədim üslubudur. Bu üslub müasir psixoterapiyada da çox istifadə edilir. Çünki müasir insanın bədən rahatlaşması, dincəlmə, stressdən azadolma, lazımsız həyəcan və düşüncələrdən təmizlənməyə daha çox ehtiyacı var. Daxili harmoniyanı sabitləyən meditasiya bu işin mütəxəssisləri tərəfindən həyata keçirilməlidir. Bu sahədə işinin peşəkarlarından biri də 12 illik təcrübəyə malik enerji terapevti Laura Omuraliyevadır.Qırğızıstanlı meditasiya mütəxəssisi Laura Omuraliyeva Avropa Tədqiqat Təbiət Elmləri İnstitutunda təhsil alıb. Noosferik valeologiya üzrə mütəxəssis olan Laura Omuraliyeva Erickson Universitetinin təlimçisidir. O, rəng terapiyası, çakra və aura korreksiyası üzrə peşəkar mütəxəssisdir.Sankt-Peterburqda Qadın Rifah Akademiyasını təsis edən Laura Omuraliyeva “Mandala of Women's Transformations” klubunun françayzeridir. Peşəkarlığı ilə Maldiv adaları, İtaliya, Türkiyə, Vyetnam, Hindistan kimi ölkələrdə tanınan mütəxəssisdir.O, “Мандала 12 качеств женщины”, “Мандала Чакры” “Как купить жакет от Chanel без суеты” kitablarının müəllifidir.Laura Omuraliyeva 2023-cü il noyabrın 19-da Global Woman Awards layihəsində, ilin “The Successful Digital Energy Coach of Central Asia” nominasiyasına layiq görülüb.AzərTac

Избранный
440
azadmedia.az

1Источники