RU

Niyə "İstehlakçıların hüquqları haqqında" qanun yenilənmir? - Eyyub Hüseynov

Azərbaycanda 1995-ci ildən hələ də "İstehlakçıların hüquqları haqqında" qanun qəbul edilmir. Bunu Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
 
"Ən çox hüquq pozuntuları məhz istehalçıların hüquqlarının pozulması ilə bağlıdır. Qidada, marketdə, yanacaqdoldurma məntəqəsində-bir sözlə hər yerdə bu hüquq pozulur. Nə üçün 1995-ci ildən sonra bu qanun yenilənmir. Sadəcə bir neçə dəfə dəyişilklər olub. Nə üçün Azərbaycan 190 ölkə arasında qida zəhərlənməsinə görə 115 ölkədən geri qalmalıdır. Hətta bu mövzuda qonşu Ermənistandan geri qalırıq. Səbəbləri araşdırılmır. Ölkədə bu qədər aptek var. Heç bir tədqiqat aparılmır. Hətta "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", qanun ləğv olunur", - Hüseynov fevralın 29-da Milli Məclisdə  İnsan Hüquqları Komitəsində "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində çıxışı zamanı bildirib.  
 
Gülnar Nazimqızı 
 
 


www.anews.az
Избранный
240
50
anews.az

10Источники