Almaniya kansleri Olaf Şolz Ukraynada nə Almaniya, nə də NATO hərbçilərinin olmayacağını bildirib.
KONKRET.az xəbər verir ki, bununla da Şolz Makronun ideyasına qarşı çıxıb.
O bildirib ki, NATO müharibənin tərəfi deyil və olmayacaq.
“Biz Rusiyanın Ukraynaya qarşı müharibəsinin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsini istəmirik. Mən Ukraynaya silahlı qüvvələrimizin əsgərlərini göndərməyəcəyəm”, – deyə Almaniya kansleri əlavə edib.
Burhan,
KONKRET.az