RU

Makron Avropanı yeni müharibəyə sürükləyir TƏHLİL

Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr, münaqişələr arasında ən amansızı Fələstin-İsrail və Ukrayna-Rusiya müharibələridir. Hər gün bu iki müharibədə yüzlərlə dinc insan həyatını itirir, onlarla ev yerlə-yeksan olunur. Dünya siyasətini müəyyənləşdirən liderlər olduqlarını iddia edən dövlət başçıları isə ciddi bir iş görmürlər. Sadəcə, aradabir boş və mənasız sülhə çağırış bəyanatları səsləndirməklə işlərini bitmiş hesab edirlər. Hətta ortada olan faktlar ondan ibarətdir ki, bəzən müharibə aparan tərəflərdən birinə hərbi, siyasi, maliyyə dəstəyi göstərməklə bir növ daha çox insan qanının tökülməsinə, kənd və şəhərlərin dağıdılmasına dəstək olurlar. Bunu biz ABŞ və Avropanın İsrail-HƏMAS müharibəsində birinciyə hər cür dəstəyin nümayiş etdirilməsində görə bildik. Bu günə qədər sözügedən müharibədə 30 minə yaxın insan öldürülüb ki, onun da 24 min 367 nəfəri mülki insanlardır. Ən dəhşətlisi ondan ibarətdir ki, həyatını itirənlər arasında 13 min 548 nəfər uşaqlardır. Eyni dəhşət saçan dağıntılar, insan ölümləri, kütləvi şəkildə yaşayış yerlərini tərk etmək Ukrayna-Rusiya müharibəsində də baş verməkdədir. Eyni dilin, dinin, mədəni birliyin daşıyıcısı olan bu iki xalq-dövlət 2022-ci il fevralın 24-dən başlayan müharibə ilə bir-birini məhv etməyə çalışır. Bəlkə də böyük güclər bu müharibənin qarşısını ala bilərdilər. Ən azı Ukrayna siyasi rəhbərliyini ağıllı düşünməyə məcbur etsəydilər böyük fəlakətlərin də qarşısını almaq olardı. Digər tərəfdən, siyasi dialoq yolu ilə körpə uşaqları, çarəsiz yaşlı insanları, ümumilikdə dinc, heç kimlə işləri olmayan, sadəcə, sakit yaşamaq istəyində olan insanları ölüm maşının cəngindən xilas etmək olardı. Lakin bu arzuları, istəkləri nəzərə alan olmadı. Nəticədə, müharibə baş verdi. Elə bir müharibə ki, bu gün miqyasına, dağıdıcı gücünə görə dünyada ən dəhşətli müharibə hesab edilən. Ötən iki il ərzində 23 milyon ukraynalı ölkəni tərk edib, hər iki tərəfdən ümumikdə bir milyona yaxın insan ölüb, yüz minlərlə əsgər və zabit ömürlük şikəst olub. Müharibə isə davam edir. Çünki hər iki tərəf mövqeyindən və tələbindən geri çəkilmir. Zelenski hakimyyəti 1991-ci il qədər olan sərhədlərinin tanınmasını və Rusiya qoşunlarının ölkədən çıxarılması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirir. Vladimir Putin və komandası isə Rusiya qüvvələrinin öz məqsədlərinə çatana qədər müharibəni davam etdirəcəyini bəyan edir. Sərhəddə isə heç bir dəyişiklik yoxdur. Baxmayaraq ki, Rusiya müdafiə nazirliyi tez-tez filan şəhəri, filan kəndi aldıqlarını bildirirlər. Lakin bu kimi “uğurlar” belə ciddi nəticə hesab olunmur.Ukrayna tərəfində hazırda 46 dövlətdən 590 muzdlu döyüş əməliyyatlarında iştirak edirRusiya mətbuatına istinad etsək məlum olur ki, hazırda Rusiya qüvvələri bölgədə möhkəm istehkamlarla məskunlaşıb. Ukraynalılar silah-sursatlarının tükəndiyini deyirlər. Ukrayna ordusunun bu yaxınlarda vəzifədən çıxarılan baş komandanı Valeri Zalujnı və bəzi Kremlpərəst rus hərbi bloqçular da daxil olmaqla, bir çoxları hərbi çıxılmaz vəziyyətdən danışırlar. Fevralın ortalarında Ukrayna qoşunları uzun döyüşlər apardıqları şərqdəki Avdeуevka şəhərindən geri çəkiliblər. Rus qüvvələri bunu böyük bir qələbə kimi qiymətləndirdi, çünki bu, potensial olaraq, daha dərin işğala yol aça bilərdi. Çünki Avdeyevka strateji mövqeyə malikdir. Avdeyevka 2014-cü ildən Rusiyanın işğalı altında olan Ukraynanın Donetsk şəhərindən cəmi 20 km şimal-qərbdə yerləşir. Bu, Rusiyanın ötən may ayında Baxmutu ələ keçirdikdən sonra əldə etdiyi ən böyük uğuru kimi qeydə alınıb. Amma bu cür kiçik irəliləyiş hərbi bloqçuların səsləndirdiyi və işğalın əvvəlində dövlət təbliğatında istifadə edilən “paytaxt Kiyevi üç günə almaq” hədəfindən çox uzaqdır. “Ukrayna tərəfində hazırda 46 dövlətdən 590 muzdlu döyüş əməliyyatlarında iştirak edir”. Bu barədə RF İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib. Birləşmiş Ştatlar "Rusiya iqtisadiyyatını parça-parça edəcəyinə" söz verdi: SVO iki il ərzində, əslində, belə oldu. Rusiya hərbçiləri ABŞ-da istehsal olunan Ukrayna istehsalı olan HIMARS MLRS-nin dayanacağını uğurla məhv etdi, həmçinin emalatxananı ləğv etdi. Rusiya Silahlı Qüvvələri Avdeyevski istiqamətində Petrovskoye kəndini azad edib. Rusiya Müdafiə Nazirliyi fevralın 28-də Kupyansk istiqamətində rus ordusunun vəziyyətinin yaxşılaşdığını elan edib. Ukrayna qoşunları gün ərzində təxminən 80 dəfə Belqorod vilayətinin ərazisinə hücum edib. Bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov məlumat verib.Rus bölmələri mototüfəng, artilleriya, quru və hava kəşfiyyatının birgə hərəkətləri sayəsində Rabotinoda möhkəmlənibdi. Bu barədə cümə 29 fevral 2024-cü ildə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski fevralın 25-də Rusiya hərbçilərinin Rabotinoya daxil olduğunu, irəliləyərək Ukrayna Silahlı Qüvvələrinin qüvvələrini darmadağın etdiyini bildirib. Son vaxtlara qədər kənd Kiyev üçün yay hücumunun əsas və yeganə simvolu olaraq qalırdı - ağır itkilər bahasına ukraynalı yaraqlılar onun üzərində nəzarəti bərqərar edə biliblər- region rəhbəri xatırladıb.Avropa İttifaqı dağıla bilərHazırda Ukraynanın, 2014-cü ilin martında ilhaq edilmiş Krım və Rusiyanın az sonra ələ keçirdiyi Şərqi Donetsk və Luhansk vilayətlərinin böyük hissəsi də daxil olmaqla, təxminən 18 faizi Rusiyanın işğalı altındadır. Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, son iki il ərzində Ukraynaya böyük miqdarda hərbi, maliyyə və humanitar yardım göndərilib, o cümlədən 2024-cü ilin yanvarına qədər Avropa İttifaqı təsisatlarından təxminən 92 milyard dollar və ABŞ-dan 73 milyard dollar ayrılıb. Qərbin verdiyi tanklar, hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli artilleriya Ukraynaya xeyli kömək edib. Bununla belə, müttəfiqlərin Ukraynanı nə qədər real dəstəkləyə biləcəyi müzakirə mövzusu olaraq qalırdı. Bu müddətdə yardım axını da azalıb. ABŞ Konqresinin Ukraynaya təklif etdiyi 60 milyard dollarlıq yeni yardım paketi daxili siyasi münaqişələrdə ilişib qalıb. Ukrayna tərəfdarları noyabrda keçiriləcək prezident seçkilərində Donald Trumpın Ağ Evə qayıtması halında ABŞ-ın dəstəyinin kəsiləcəyindən narahatdırlar. Aİ-də Putinin müttəfiqi olan Macarıstanın baş naziri Viktor Orban açıq şəkildə Ukraynaya dəstək verilməsinə qarşı çıxıb. Orbanla uzun müzakirə və danışıqlardan sonra Aİ fevral ayında 54 milyard dollarlıq yardım paketini təsdiqləyib. Digər tərəfdən, görünür, Aİ 2024-cü ilin mart ayının sonuna qədər Kiyevə çatdırmağı planlaşdırdığı milyon artilleriya mərmisinin yalnız yarısını təmin edə bilər. Rusiyanın yaxın müttəfiqləri sırasına fars-molla rejimi də var. Bu rejim Rusiyanı dronlarla təchiz edir.Sanksiyalar Rusiyanı çökdürə bilmədiABŞ və Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq etsə də, nəticə əldə edə bilmədilər. Çünki Çin, Hindistan kimi böyük ərazisi və əhalisi olan dövlətlər Rusiya neftindən imtina etmədilər. Çin Rusiya-Ukrayan müharibəsində ə ehtiyatlı diplomatik xətt yürütdü, nə Rusiyanın işğalını pislədi, nə də Moskvaya hərbi dəstək verdi. Bununla belə, Pekin və Hindistan Rusiya neftini almağa davam etdilər. ABŞ və Avropa müəyyən müddətdə Ukrayna nəzərdə tutduqları yardımların miqyasını azaltmaqla rəsmi Kiyevi pis vəziyyətə qoydular. İndi bütün problemlərin arxada qaldığını demək olar. Çünki bir neçə gün öncə Aİ Ukraynaya 50 milyardlıq makromaliyyə yardımı ayırdığını bəyan edib. ABŞ-nin isə 60 milyard dollar dəyərində yardımı artıq Senatda qəbul olunub. Fransa prezidenti Emmanuel Makron maliyyə dəstəyi ilə yanaşı, Ukraynaya NATO əsgərləri vasitəsi ilə yardımınn da göstərilməsinin vacibliyini bildirir. Bu məqsədlə Parisdə E.Makronun təşkilatçılığı ilə toplantıda təşkil olunub. Almanın nəşri Yelisey sarayındakı mənbəyə istinadən Parisdə Ukrayna ilə bağlı belə tələsik toplantının keçirilməsinin səbəbini açıqlayır. Məlum olub ki, Makron Zelenskinin tələbini yerinə yetirib - cəbhə xəttindəki uğursuzluqlar zamanı Kiyevə açıq şəkildə “sarsılmaz dəstəyi” ifadə etmək üçün Aİ liderlərini toplamaq vədini verib. Ukrayna prezidenti videomüraciətlə yığıncaq iştirakçılarına müraciət edərək, E.makrona təşəkkürünü bildirib. Lakin Makronun cəhdlərinə baxmayaraq toplantı iştirakçıları öz hərbi qüvvələrini Rusiya ilə döyüşə göndərmək fikrində olmadıqlarını qeyd ediblər. Almaniya Kansler Olaf Şols Parisə getməzdən əvvəl Rusiyanın reaksiyasından və onunla birbaşa Qərb müharibəsi ehtimalından ehtiyat edərək, Ukraynaya uzaqmənzilli Buğa raketləri göndərməyəcəyini söylədi. Konfrans zamanı Olaf Şols Ukraynaya kömək üçün qoşun göndərmək fikrində olmadıqlarını bildirdi. Alman Kiel İnstitutunun məlumatına görə, Fransa Zelenskiyə cəmi 640 milyon avro yardım edib, Almaniya isə artıq Kiyevə 17,7 milyard avro yardım edib və yadımlarını davam etdirməkdə qərarlıdır. Der Spiegel-ə görə, hazırda Almaniya və Fransa liderləri arasında yaranan fikir ayrılıqlarından sonra “İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən kritik dövrlərdən birində qətiyyətli birgə fransız-alman yanaşmasından danışmağa ehtiyac yoxdur”.Ukrayna ətrafındakı böhran Qərbdəki müttəfiqlər arasına qarşıdurma yaradıbE.Makronun Ukraynanı orta və uzaq mənzilli raketlər və bombalarla təmin etmək üçün elan etdiyi “doqquzuncu koalisiyanın” yaradılması da Kiyevin təcili və istənilən şəkildə kömək etmək üçün panikli çağırışlarına cavabdan daha çox bir növ piar kimi qiymətləndirilməlidir. Fransa üzrə ekspert və Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun aparıcı elmi işçisi Sergey Fedorov KP.RU-ya açıqlamasında bildirib ki, “Bu “koalisiya”ya 15-ə qədər ölkə daxil ola bilər”. Lakin onun funksiyaları Kiyevi sursatla təmin etməklə məhdudlaşmır. Makron həmçinin aşağıdakı məqsədləri bəyan edib: Rusiyanın kiberhücumlarına qarşı mübarizə; Ukraynada mərmi və silahların birgə istehsalı; nədənsə Moldova da daxil olmaqla “rus təcavüzü” ilə təhdid edilən ölkələrin müdafiəsi; “qeyri-hərbi vasitələrdən” istifadə edərək, Belarusla sərhəddə Ukraynaya dəstək”.E.Makron Rusiyanın Ukrayna üzərində qələbə qazanmaması üçün hər şeyi etməyə çalışır. Lakin cəhdləri uğursuzluğa düçar olur. Onun NATO qşunlarının Rusiyaya qarşı döyüşmək üçün göndərilməsi cəhdləri də uğursuzluqla nəticələnir. Demək olar ki, Makronun NATO qoşunlarını Rusiyaya qarşı döyüşə göndərmək istəkləri müttəfiqlər arasında paçalanma yaradır. Bu isə onu təsdiq edir ki, müttəfiqlər Ukraynaya necə kömək etməkdə aciz duruma düşüblər. Bütün parametrlərinə görə, Adolf Hitlerdən fərlənməyən E.Makron həm də iddia edir ki, Kiyevə Rusiyanın dərinliklərindəki hədəfləri vura bilən orta və uzaq mənzilli raketlər vermək lazımdır. Lakin bu iddia da nəticəsiz qalır. Bütün hallarda görünən ondan ibarətdir ki, Ukrayna ətrafındakı böhran Qərbdəki müttəfiqlər arasına qarşıdurma yaradıb. Bu qarşıduramanı daha da dərinləşdirdən amillərdən birincisi Fransa prezidenti E.Makronun səriştəsiz şəkildə ideyalar və təkliflər irəli sürməsidir. Hətta ekspertlər o fikirdədir ki, Makronun yanlış siyasəti Avropanın içərilərində müharibə ocağı yarada bilər. Buna misal olaraq Serbiyada və Ruminiyada baş verənlər göstərilir. Bu arada V.Putinin NATO ölkələrini nüvə silahı ilə hədələməsi yenidən dünyanı narahat etməyə başlayıb. Rusiya Prezidenti Vladimir Putin İsveç və Finlandiyanın NATO-ya daxil olduqdan sonra Rusiyanın qərb sərhədində qoşunlarını gücləndirəcəyini açıqlayıb. V.Putin həmçinin NATO ölkələrinin Ukraynaya qoşun yeridəcəkləri təqdirdə nüvə silahından istifadə edəcəkləri ilə hədələyib.Rusiya lideri Putin Rusiya parlamentindəki illik çıxışında bildirib ki, Rusiya indi düşmən ərazisindəki hədəfləri vura biləcək silahlara malikdir və hər kəs Rusiyanı işğal etməyə cəhd edir. İkinci Dünya Müharibəsi üçün döyüşür. Rusiyanın “Zirkon” hipersəs raketləri də daxil olmaqla qabaqcıl silah sistemlərindən istifadə etdiyini və Ukraynada hərbi üstünlüyə malik olduğunu bildirən Putin, NATO ölkələrinin Ukraynaya qoşun yeridəcəyi təqdirdə nüvə münaqişəsinin başlaya biləcəyini bildirib. Təbii ki, nüvə silahının iş düşməsi dünyanın sonunu gətirəcək. Bunu ABŞ və Avropa ölkə başçıları da anlayırlar. Bu baxımdan, inandırıcı deyil ki, Makronun istəyinə uyğun olaraq qoşunlarını Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərsinlər.İLHAM ƏLİYEV

Избранный
472
sesqazeti.az

1Источники