Bolqarıstan martın 1-dən Rusiyadan neft idxalını dayandıracaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunur ki, martın 1-dən Bolqarıstan parlamentinin qərarı qüvvəyə minir. Qəerara əsasən, yanvarın 1-dən idxalın iki dəfə, daha sonra isə fevralın 1-dən 25%-ə qədər azaldılmasını nəzərdə tutan qrafik təsdiq edilib. Bolqarıstan və bir sıra digər Aİ ölkələri Brüssel tərəfindən 2024-cü ilin sonuna qədər Rusiya neftinin idxalına qoyulan qadağadan azad edilib, lakin respublika hökuməti Rusiya Federasiyasından xammaldan vaxtından əvvəl imtina etmək qərarına gəlib.
Ağarza Elçinoğlu