RU

“Soldati di Sabah” Ponomaryovu təbrik etmədi – “Hələ ki “Sabah” üçün gözlə görüləcək bir uğuru yoxdu”

1960-cı il fevralın 24-də Bakıda doğulan, “Neftçi”nin üzvü kimi SSRİ olimpiya yığmasının heyətində Seul Olimpiadasında qızıl medal qazanan, hazırda “Sabah”ın baş məşqçisi səlahiyyətlərini icra edən İqor Ponomaryovun 64-cü doğum günü “Səbail” – “Sabah” (2:0) oyununa təsadüf etdi.

Qonaq azarkeşlərin onun doğum günü ilə bağlı heç bir pankart açmaması maraq doğurdu. Bunun səbəbini öyrənmək üçün “Soldati di Sabah”ın rəhbəri Ağaxan Abdullayevlə danışdıq:

“Biz pankartı Murad Musayev üçün qazandığı uğura görə açmışdıq. İqor Ponomaryov 4 liqa oyununda 1 qələbə qazanıb. Hələ ki “Sabah” üçün gözlə görüləcək bir uğuru yoxdu. Həm də bizim hələ də rəsmi şəkildə baş məşqçimiz yoxdu”.


KAMAL SƏFƏR
Избранный
125
football-plus.az

1Источники