RU

Avropa İttifaqı Macarıstan üçün 2 milyard avronun yolunu açdı

Avropa İttifaqı Macarıstan nəzərdə tutulan və dondurulan vəsaitlərin təxminən 2 milyard avrosunun Budapeşt yolunu açıb.

Bu barədə Bloombergə Avropa Komissiyasının (AK) nümayəndəsi Stefan de Keersmaeker məlumat verib.

O qeyd edib ki, Macarıstan təhsil və gender bərabərliyi ilə bağlı şərtləri yerinə yetirdikdən sonra AK vəsait ayırmaq qərarına gəlib.

Ötən il dekabrın 13-də Aİ ərazilərin inkişafı üçün istifadə olunacaq birlik fondundan Macarıstana 10,2 milyard avro köçürəcəyini açıqlayıb. Eyni zamanda Brüssel Budapeştin hələ də onu almaq üçün bütün şərtləri yerinə yetirmədiyini nəzərə alaraq, təxminən 20 milyard avronu bloklamağa davam edir.

 

Musavat.com

Избранный
154
9
musavat.com

3Источники