...Endokrinoloq Zuxra Pavlova orqanizmdə maqnezium çatışmazlığı problemini necə həll edəcəyini danışıb.
Onun sözlərinə görə, bu mikroelementin çatışmazlığı ilə insanda narahatlıq, yuxu problemləri, həyəcanlılıq artır.
Həkimin dediyinə görə,bu halda insan əsəbilik də hiss edə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, həkimbu barədə Telegram kanalında yazıb.
Öz növbəsində, yuxusuzluq, mütəxəssisin qeyd etdiyi kimi, zehni qabiliyyətlərin pisləşməsi, infarkt riski, libidonun azalması, hormonal balanssızlıq, çəki problemləri də daxil olmaqla yeni problemlər yaradır.
Bədəndə maqnezium səviyyəsini normallaşdırmaq üçün Pavlova, maqneziumun ən təsirli formalardan birində təqdim edildiyi yüksək keyfiyyətli bir dərman seçməyi məsləhət görür.
Buradasöhbət bisglisinatdan gedir. Həkimin dediyinə görə, bisglisinat forması narahatlıq və yuxu pozğunluğu ilə effektiv şəkildə kömək edir, mədə-bağırsaq traktına təsir etmir və ishala səbəb olmur.
Nazlı