RU

«Əsas Qrant Müsabiqəsi 2024» ELAN EDİLDİ

"Əsas Qrant Müsabiqəsi - 2024" proqramı qabaqcıl texnologiyaların, kəşflərin və perspektivli inkişafların sayını artırmaq üçün nəzərdə tutulub. Bu müsabiqə elmi tədqiqatlardan tutmuş nümayiş layihələrə və innovasiyalara qədər geniş spektrli fəaliyyətləri dəstəkləyir. «Əsas Qrant Müsabiqəsi - 2024» -nin əsas məqsədi müsabiqə əsasında ayrılan maliyyə vəsaiti hesabına elmi səviyyəni yüksəltmək və yeganə meyar olan tədqiqatın elmi əhəmiyyətini rəhbər tutaraq alimlərin özləri tərəfindən təklif olunan mövzular üzrə tədqiqatları dəstəkləməkdir. AEF-in qrantları tədqiqat qrupları tərəfindən həyata keçirilən tədqiqat layihələrinə ayrılır. Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər. Müraciət edənlərin yaşı, eləcə də tədqiqatın tematik sahələri ilə bağlı heç bir məhdudiyyət yoxdur.
          “Yaşıl” cəmiyyət və dayanıqlı inkişaf naminə müxtəlif təyinatlı intellektual metodların və kibertəhlükəsizlik texnologiyalarının işlənilməsi; Yüksək effektliyə malik funksional materialların yaradılması; “Yaşıl kimya” və “yaşıl energetika” üçün yeni elektrod materialları, unikal xassəli nano-bio-kompozitlər, qazokimya proseslərinin katalizatorları və ekoloji əhəmiyyətli yeni texnologiyalar və s. kimi prioritetlər müsabiqənin əsas prioritetləri kimi qeyd olunub.
Müsabiqədə iştirak etmək üçün layihələr 14 mart 2024 – 26 aprel 2024 il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin açıqlanması 2024-cü ilin sonunda planlaşdırılır.
Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcəkdir.
Hörmətli Alimlər!
“e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (http://e- grant.aef.gov.az/) saytında texniki işlər aparıldığı üçün müsabiqəya layihələr kagız formatında qəbul olunacaq. Layihənin təqdim edilməsi üçün formalar müsabiqə elanına əlavə olunur.
Hörmətli Аlimlər!
Ərizənizi təqdim etməzdən əvvəl, gələcəkdə hər hansı problem və ya narazılığın qarşısını almaq üçün müsabiqə elanını diqqətlə oxuyun. Layihə ilə yanaşı, elmi fəaliyyətlə məşğul olduğunuzu göstərən zəruri sənədlər paketini, işlədiyiniz qurumun rəhbərliyi adından iştirakınıza razılıq məktubu, еləcə də şəxsiyyət vəsiqələri, diplomlar və s. sənədləri  Fonda təqdim etməyinizi xahiş edirik.
 


Müsabiqənin keçirilməsi haqqında elan

Forma_1
Forma_2
Forma_3
Forma_4
Form_1
Form_2
Form_3
Form_4

Избранный
408
qht.az

1Источники