RU

Hamiləliyini gizlətmək üçün özbaşına abort edib öldü

Rusiyanın Stavropol vilayətində qadın hamiləliyini ərindən gizlətməyə çalışaraq özbaşına abort etdirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, martın 15-də Lermontovo şəhərindən olan 38 yaşlı sürücü evə gələrək 36 yaşlı arvadını hamamda tapıb.

Bu zaman ətraf qan içində olub.

Qadın huşunu itirib və onun yanında yeddi aylıq bir qızın cəsədi olub.

Şok vəziyyətində olan kişi dərhal təcili yardım çağırsa da, arvadı həkimlər gələnə qədər dünyasını dəyişib. Onun hamiləliyindən belə xəbərinin olmadığı qeyd edilir. Qadın yəqin ki, arzuolunmaz hamiləliyini ərindən gizlətmək üçün dəhşətli addım atıb.

Məhkəmə-tibb ekspertləri evdən doğuşa səbəb olan həblər və döl götürüblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
134
32
milli.az

10Источники