Rusiyada bir sıra ticarət mərkəzləri bu gündən bağlanıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Məlumata əsasən, "Vegas Crocus City", "Vegas Kuntsevo" və "Vegas Kaşirskoye" ticarət mərkəzləri martın 25-dən qeyri-müəyyən müddətə bağlanır.
Qeyd edək ki, martın 22-i axşam saatlarında "Crocus City Hall"da terror törədilib. Nəticədə 150 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun