RU

Xaricdən mal sifariş edənlərə XƏBƏRDARLIQ EDİLDİ - RƏSMİ MƏLUMAT

Bağlamaların çatdırılması ilə bağlı vətəndaşlara "Azərpoçt"un adından saxta SMS-lər göndərilir.

Gundem.az xəbər verir ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək çatdırılma ünvanının yalnış olduğunu deyirlər. Onlar məhsulu çatdıra bilmədiklərini deyirlər və ünvanın yenilənməsi üçün vətəndaşları saxta keçidlərə yönləndirirlər.





İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev "Xəzər Xəbər"ə deyib ki, belə mesajların göndərilməsində məqsəd vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsidir.

Ekpert naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Qeyd edək ki, "Azərpoçt" MMC də bununla vətəndaşlara xəbərdarlıq edib. Rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirmək tövsiyə olunur.

Избранный
478
25
gundem.az

10Источники