RU

Xaricdən mal sifariş verənlərə XƏBƏRDARLIQ - VİDEO

Bağlamaların çatdırılması ilə bağlı vətəndaşlara "Azərpoçt"un adından saxta SMS-lər göndərilir.

Xezerxeber.az-ın məlumatına görə, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək çatdırılma ünvanının yanlış olduğunu deyirlər. Onlar məhsulu çatdıra bilmədiklərini deyirlər və ünvanın yenilənməsi üçün vətəndaşları saxta keçidlərə yönləndirirlər.
İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirir ki, belə mesajların göndərilməsində məqsəd vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsidir.

Ekspert naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Qeyd edək ki, "Azərpoçt" MMC də bununla vətəndaşlara xəbərdarlıq edib. Rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirmək tövsiyə olunur.

Ətraflı süjetdə:


BiG.Az
Избранный
433
25
big.az

10Источники