"O müğənni mənim adımı çəkməyib. Amma deyib ki, bu müğənnilər 70 yaşına çatıblar, amma hələ də toylara gedirlər".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Həmin Zaur" verilişində deyib. Müğənni ad çəkmədən Zamiq Hüseynovun bir müddət əvvəl yaşlı sənətçilərin toya getməsini tənqid etməsinə reaksiya verib:
"Ay qardaş, səsin traktor kimi xır-xır xırıldayır. Sənin 45 yaşına var, amma oxuya bilmirsən. Mən sənin üçün nə edim?".
Qeyd edək ki, Zamiq "40 ildir oxuyursan, 70 yaşında nə ömrün qalıb? Özünün nə iləsə saxlamağa imkanın yoxdur?" açıqlamasını verib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта