RU

"Ən böyük bədbəxtçilik ikinci qadın olmalıdır"

"Həyatımızın ən böyük problemlərindən və bədbəxtçiliklərindən biri ikinci qadın olmaqdır. Çünki qızımız ərə gedir və sonra gəlib verilişlərdə oturur. Problemini soruşanda deyir ki, dörd uşağım var, onları uşaqlar evinə vermək istəyirəm. Niyəsini soruşanda isə cavab verir ki, ərim bizi qoyub gedib. Həmin qadının əri işləmir, savadsız idi, evsiz, kəbinsiz idik".
 
Bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu "Künc-bucaq" yutub layihəsində deyib. Aktrisa ailələrin dağılmasından danışıb:
 
"Oğullar var ki, ailəsini dolandırmaq üçün gedib fəhlə kimi haradasa işləyir. Hər insan ev tikmir ki və gündə ev tikilmir. Əgər o, özünə həyat dərsi götürməyibsə və 20 yaşına çatanda evlənmək üçün arvad istəyirsə... Nə ev, nə sənəti, nə işi, nə kəbini var... Evdəkilər də deyirlər ki, əsas odur gəl "Qurani-Kərim" kitabının altından keç. Zəhmətlə böyütdüyün övladı verirsən, bilmədiyin bir ailəyə. Çoxusu heç kürəkəninin adını belə bilmir".
Избранный
440
8
moderator.az

9Источники