"Qarabağ"ın braziliyalı hücumçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, onun şəhərdə dönər almasının görüntüsü yayılıb.
Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb.
"Qarabağ" Juninyonu 2023-cü ildə Portuqaliyanın "Çaves" klubundan heyətinə qatıb. Braziliyalı bu mövsüm Premyer Liqada 17 qol vuraraq 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Juninyo Avrokuboklarda Ağdam təmsilçisinin əsas qol silahına çevrilib. Futbolçu 2023/24 mövsümündə Avroliqada 10 oyun keçirərək 5 qol və bir məhsul ötürməyə imza atıb.