Çərşənbə günü Tayvanın şərq sahillərində 7,5 maqnitudalı güclü zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Hualien şəhərindən təxminən 18 kilometr (11 mil) cənubda yerləşir.
Yaponiya Meteorologiya Agentliyi Miyakojima və Okinava adaları üçün sunami xəbərdarlığı edib və tezliklə dalğaların hündürlüyünüm 3 metrə qədər yüksələcəyini bildirib.