Xəbər verdiyimiz kimi, Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib. Hadisə nəticəsində 2007-ci il təvəllüdlü Şeyxov Ayxan Məhəmməd oğlu döş qəfəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya aparılıb.TƏBİB-dən AzVision.az -a bilidirilib ki, şagird Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Ona döş qəfəsinin ön səthinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
Həmidə İbrahimova
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта