RU

Taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Ağdaşda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən Araz Yusibovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Bilal Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprlin 15-nə təyin olunub.

Qeyd edək ki, Araz Yusibov Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, A.Yusifov taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmişin avtomobilinə müştəri kimi əyləşərək Yevlax rayonundan Ağdaşa gəlib. Deyilən ünvana çatdıqda isə kəsici alətlə sürücüyə hədə-qorxu gələrək onun üzərində olan pulunu əlindən alıb. Araz Yusibova qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
e-huquq.az

1Источники