RU

YAP müstəqilliyimizin möhkəmləndirilməsində mühüm rol oynayıb - FOTOLAR

YAP Yasamal rayonu “Yasamal yaşayış kompleksi MİDA” (161 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib. İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva və ərazi üzrə Yeni Azərbaycan Partiyasının üzvləri iştirak edib. İclası giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb.Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi altında qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Öz hərbi və siyasi gücünü nümayiş etdirərək tarixi Qələbə qazanan Azərbaycan şərəfli tarixinin ən yadda qalan, şanlı və qürurlu dövrlərindən birini yaşayır.B.Nəbiyev “Yasamal yaşayış kompleksi MİDA” ünvanı üzrə ərazi partiya təşkilatının hesabat seçki iclasının iştirakçılarına fəaliyyətlərində uğurlar diləyib və Partiyanın ictimai-siyasi həyatında aktiv olmağa çağırıb. İclasda YAP Yasamal rayonu, “ Yasamal yaşayış kompleksi MİDA ” ünvanlı ərazi partiya təşkilatına yeni sədr seçilməsi məsələsinə baxılıb. Ərazi partiya təşkilatının sədri vəzifəsinə 161 nömrəli tam orta məktəbin direktoru Rəna Hüseynovanın namizədliyi irəli sürülüb.Səsvermə nəticəsində Rəna Hüseynova ərazi partiya təşkilatının sədri seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
sesqazeti.az

1Источники