RU

NATO Ukrayna üçün 100 milyard dollarlıq fond yaratmaq fikrinə şübhə ilə yanaşır

Bir sıra NATO ölkələri Ukraynaya hərbi yardım göstərmək üçün 100 milyard dollarlıq fondun yaradılması ideyasına şübhə ilə yanaşır. Elchi.az xəbər verirki,  bu barədə ‘‘The New York Times ‘‘ məlumat yayıb.“NATO-nun ikinci rəsmisi bildirib ki, baş nazir Viktor Orbanın Rusiya ilə isti münasibətləri saxladığı Macarıstan müdafiə təmas qrupunun alyansın nəzarəti altına alınması cəhdinə qarşıdır”, – deyə  nəşr mənbələrə istinadən qeyd edir.Bundan əlavə, mənbə qeyd edib ki, bir çox alyans ölkələri blokun müvafiq alətləri olmadığı üçün vəsait toplama mexanizminin nə olacağı ilə maraqlanır.Qeyd edək ki, bundan əvvəl NATO-nun yeni baş katibinin namizədliyinin təsdiqi ilə bağlı mümkün problemlər barədə məlum olub. Xüsusən də Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşavanın Hollandiyanın baş naziri Mark Rutteni dəstəkləməyəcəyini bildirib və bunu Şərqi Avropa ölkələrindən birinin namizədinin irəli sürülməsinin zəruriliyi ilə izah edib.Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
elchi.az

1Источники