““Crocus”da terror aktı qurbanları üçün 1,5 milyard rubldan çox ianə toplandı”
“Martın 22-də “Crocus City Hall”da baş verən terror aktının qurbanları üçün 1,5 milyard rubldan (27 milyon manatdan çox – red.) çox ianə toplanıb”. Yeniavaz.comxəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru və hökumətinin mətbuat xidməti məlumat yayıb. “Moskva və Rusiya Qırmızı Xaç Cəmiyyəti ilə birlikdə Moskva vilayəti qurbanlar üçün ianələrin toplanmasına başlayıb. Artıq 1,5 milyard rubldan çox vəsait daxil olub. İri müəssisələr, kiçik bizneslər, sənətçilər və bütün qayğıkeş insanlar pul yığmağa kömək edir”, - məlumatda deyilir.